AzPolitika.info xarici KİV-ə istiadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) digər ölkələrə maliyyə yardımını alzaltmaq barədə düşünür.
Tramp administrasiyası bu yolla qənaət ediləcək vəsaiti məsələn, ölkənin hərbi büdcəsinin artırılmasına yönəltməyi planlaşdırır. Ağ Evin nümayəndələrindən birinə istinadla, bu barədə xəbəri «Fox News» yayıb.
Konkret məbləğ göstərilmir. Amma bundan bir qədər əvvəl ABŞ Konqresində məsələn, Ukraynaya hərbi yardımın 2-3 dəfə azaldılması (450 milyon dollardan 150 milyon dollara qədər) barədə təklif səslənib.


Şərhlər