Menu

Yaxın günlərdə havanın temperaturu yüksələcək - Proqnozlar Bürosu

06.03.2017, 21:47
Yaxın günlərdə havanın temperaturu yüksələcək - Proqnozlar Bürosu

“Yaxın günlərdə Azərbaycanda hava şəraitində ciddi dəyişiklik gözlənilmir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraiti sabit keçəcək: “Mülayim cənub küləyi əsəcək”.

G.Məmmədovanın sözlərinə görə, növbəti günlərdə havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək: “Bakıda və Abşeron yarımadasında 10-15, Mərkəzi Aran rayonlarında 12-18, dağlıq ərazilərdə 7-12 dərəcə isti olacağı gözlənilir".

O qeyd edib ki, mart ayının 8-i axşam saatlarında bəzi dağlıq ərazilərdə hava şəraitinin qısamüddətli yağıntılı olacağı ehtimalı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol