Menu

Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin sədri təşkilatın sıralarından xaric edilib

06.03.2017, 18:19
Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin sədri təşkilatın sıralarından xaric edilib

Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk vilayəti üzrə regional bölməsinin sədri İslam Hüseynov təşkilatın sıralarından xaric edilib.

ÜAK-ın mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Konqresin Rəyasət Heyətinin qərarı ilə İ. Hüseynov təşkilatın Mərkəzi Şurasının üzvlüyündən çıxarılıb.

Buna səbəb kimi İ. Hüseynovun Ulyanov vilayət məhkəməsinin qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159.4-cü maddəsi ilə (külli miqdarda dələduzluq etmək) mühakimə olunduğunu göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol