Menu

Rauf Mirqədirovun atası dəfn edilib - FOTOLAR

24.05.2014, 17:47
Rauf Mirqədirovun atası dəfn edilib - FOTOLAR

Dəfn mərasimində jurnalistin özü də iştirak edib

Casusluqda ittiham olunaraq həbs olunan “Ayna-Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirov atası Həbibulla Mirqədirov dəfn edilib.

APA-nın verdiyi məlumata görə, H. Mirqədirov “Qurd Qapısı” qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində R. Mirqədirov da iştirak edib.

Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. İş üzrə dünən R. Mirqədirovun atasının evində axtarış aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol