Menu

MSK bir sıra şəxsləri dairə komissiya üzvlüyündən azad edib – QƏRAR

07.03.2017, 00:05

trend_msk_bina_mainAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən Vüqar İlqar oğlu Mirzəyev 68 saylı Cəlilabad kənd, Pərviz Əli oğlu Rəsulov 79 saylı İmişli, Cabbar Məmmədəli oğlu Quliyev 80 saylı İmişli–Beyləqan, Elcan Musa oğlu Musayev 105 saylı Tovuz, Əli Musa oğlu Şabanov 110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilib.

İldırım Temişan oğlu Musayev 79 saylı İmişli, Hafiz Cəbrayıl oğlu Əliyev 80 saylı İmişli–Beyləqan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol