Menu

Altı müsəlman ölkəsi vətəndaşının ABŞ-a girişi qadağan edildi

07.03.2017, 09:09
Altı müsəlman ölkəsi vətəndaşının ABŞ-a girişi qadağan edildi

Birləşmiş Ştatlar prezidenti Donald Tramp miqrantlar haqqında yeni fərman imzalayıb. Bu, fəaliyyəti məhkəmə tərəfindən dayandırılan köhnə fərmanı əvəz etməlidir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson məlumat verib.

Yeni sənədə əsasən, altı müsəlman ölkəsi – İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarına 90 gün ərzində ABŞ-a girmək qadağan olunacaq. İraq bu dəfə siyahıya düşməyib.

Sənəd martın 16-dan qüvvəyə minəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol