Menu

Malayziya təhlükəsizlik şurasının təcili iclasını çağırıb

07.03.2017, 11:38
Malayziya təhlükəsizlik şurasının təcili iclasını çağırıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Şimali Koreya hakimiyyəti Malayziya vətəndaşlarının ölkədən çıxmasına qadağa qoyduqdan dərhal sonra, Malayziyanın Baş naziri Nəcib Tun Razak təhlükəsizlik şurasının (TŞ) təcili iclasını çağırıb.

Bundan sonra gərginliyin artmasına yol verməmək üçün Baş nazir malayziyalıların təcili surətdə azad edilməsi barədə Şimali Koreya hakimiyyətinə çağırış edib. O, Koreya Xalq Demokratik Respublikasının (KXDR) bu hərəkətini iyrənc, Şimali Koreyada qalmış vətəndaşlarını isə girov adlandırıb.

«KİODO» agentliyi xəbər verir ki, hal-hazırda KXDR ərazisində Malayziyanın 8 vətəndaşı var.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər fevralın 13-də Malayziyanın paytaxtı Kuala-Lumpur aeroportunda baş vermiş insidentdən sonra korlanıb. Həmin gün Şimali Koreyanın lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Nam sözugedən aeroportda zəhərlənərək, öldürülüb.

Malayziya və Cənubi Koreya hakimiyyəti həmin şəxsin öldürülməsində Pxenyanı ittiham edib. Şimali Koerya isə bu hadisə ilə hər-hansı bağlılığının olduğunu inkar edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol