Menu

“Bakı ilə Ankaranın arasını vurmaq üçün...” - Erməni siyasətçi

07.03.2017, 14:26
“Bakı ilə Ankaranın arasını vurmaq üçün...” - Erməni siyasətçi

Ermənistanın “Azad demokratlar” partiyasının rəsmilərindən olan Stepan Sarafyan seçkiqabağı təbliğat kampaniyası zamanı qonşu ölkələrə münasibətlərə toxunub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sarafyan Yerevanın İranın potensialından isitfadə etməli olduğunu deyib.

“Rusiya ilə münasibətlər daim diqqətimizdə olmalıdır. Türkiyəyə gəlincə, ictimaiyyət nümayəndələri arasında görüşlər olmalı və tərəflər qeyri-şərtsiz sərhədləri açmalıdır. İran isə bizim hərbi strateji müttəfiqimizdir. Türkiyə və Azərbaycan tandemini parçalamaq üçün bundan istifadə etmək olar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol