Menu

“ABŞ Rusiya kimi bizi də tənqid edir” - Elmar Məmmədyarov

07.03.2017, 18:31
“ABŞ Rusiya kimi bizi də tənqid edir” - Elmar Məmmədyarov

“Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə öz baxışı var. Bu, strateji tərəfdaşlıq münasibətləridir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı bildirib.

"Biz Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsinin müəyyən edilməsinə başlamışıq", - deyə o qeyd edib.

Azərbaycan-ABŞ münasibətlərinə toxunan E. Məmmədyarov bildirib ki, Vaşinqton müzakirələr üçün çətin tərəfdaşdır: “Onlar hər zaman səni eşitmirlər. Bununla belə münasibətlərimiz olduqca möhkəmdir. Biz Əfqanıstanla bağlı da birgə fəaliyyət göstəririk. ABŞ-la tərəfdaşlıq münasibətlərimiz olduqca uğurlu inkişaf edir. Lakin insan hüquqları sahəsində Rusiya kimi bizi də tənqid edir. Bu oyunun qaydası belədir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol