Menu

“İnsanların çoxu 65 yaşdan sonra da işləmək istəyir” - Deputat Musa Quliyev (AUDİO)

07.03.2017, 19:27

"Bu, yaxşı düzəlişdir"

762474_489823

Milli Məclisin yaz sessiyasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirə olunacaq. Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq.

Millət vəkili Musa Quliyev "Sputnik Azərbaycan" agentliyinə deyib ki, Azərbaycanda insanların əksəriyyəti 65 yaşa qədər, hətta ondan sonra da işləmək istəyir: “Buna görə də pensiya yaşının 65-ə çatdırılması qərara alınıb. Dünyanın bir çox ölkələrində pensiya yaşı 65-dir. İnsanların pensyaya çıxması öz istəyindən, səhhətindən, bağladığı əmək müqaviləsindən asılı olacaq. Buna görə də hər il 6 ay artırılması çox doğru məsələdir. İnsanlar psixoloji cəhətdən bu işə hazırlanırlar. Bu yaxşı düzəlişdir” — deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol