Menu

Mühsin Yazıçıoğlunun partiyası referendumda “yox” deyəcək

07.03.2017, 21:12
Mühsin Yazıçıoğlunun partiyası referendumda “yox” deyəcək

TBMM-dən kənar siyasi partiyalardan biri, mərhum Mühsin Yazıçıoğlunun qurduğu Böyük Birlik Partiyası referendumda “xeyr” deyəcəklərini açıqlayıb.

Böyük Birlik Partiyası Ali Müşavirə heyətinin sədri Haqqı Öznur TBMM-təşkil etdiyi mətbuat konfransında partiyasının referendum qərarının “xeyr” olacağını açıqlayıb. O, partiyanın qərarı ilə bağlı bunları deyib: “Bununla tək partiya “tək adam” sistemi inşa edilir. Tək adam dövlətin hamısına hökm edəcək. Həm hökumət, həm Məclis, həm də məhkəmə olacaq. Bu rejim dəyişikliyini qəbul etmirik. Konstitusiya dəyişiklikləri heç bir ictimai müzakirə, vətəndaş cəmiyyətinin və siyasi partiyaların iştirakı olmadan, AK Partiya tərəfindən dörd divar arasında hazırlandı, böyük bir təlaş içində TBMM-dən keçirildi. Çağımız azadlıq və demokratiya çağı ikən, insanlıq qatılımçı və yazad demokratiyadan danışarkən, 15 iyul xəyanətini və çevriliş cəhdini fürsət bilən AK Partiya iqtidarı avtoritar rejim fürsətçiliyinə çevirmişdir”.(azadlıq.info)

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol