Menu

Moskvada qadın diş həkiminin vurduğu iynədən ölüb

07.03.2017, 22:27
Moskvada qadın diş həkiminin vurduğu iynədən ölüb

Moskvada 56 yaşlı qadın özəl stamatoloji klinikaya getdikdən bir sutka sonra dünyasını dəyişib.

"Report" "Life"a istinadən xəbər verir ki, müalicə zamanı pasientə keyidici də daxil olmaqla bir neçə iynə vurulub.

Lakin evə qayıtdıqdan sonra qadının səhhəti kəskin pisləşib və artıq axşam paytaxt sakini xəstəxanaya yerləşdirilib. Bir neçə saatdan sonra o özünə gəlmədən ölüb. Həkimlərin qərarına görə, qadın guya mənşəyi məlum olmayan preparatlardan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol