Menu

ANS “A.K.İ. İnter” MMC ilə məhkəmə çəkişməsindən qalıb çıxdı 

07.03.2017, 22:49

ANS-LOQOBu gün ANS Kommers Şirkəti tərəfindən qaldırılmış iddia üzrə “A.K.İ. İnter” MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində yaranmış borcun ödənilməsi tələbi ilə bağlı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində proses keçirilib.

Hakim Hökümə Babayevanın sədrliyi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində keçirilən məhkəmə iclasında “ANS Kommers” Şirkətinin iddia tələbi qismən təmin edilərək, cavabdeh “A.İ.K. İnter” MMC-dən iddiaçı “ANS Kommers” Şirkətinin xeyrinə 3 280 manat əsas borcun, 200 manat məbləğində cərimə məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilib.(İstipress.az)

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol