«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) ordu komandanı Ataolla Salehi bəyan edib ki, İslam respublikası, öz xarakteristikasına görə, Rusiyanın S-300 zenit-raket kompleksini (ZRK) üstələyən yeni sistem yaradıb. Xəbəri «Tasnim» agentliyi yayıb.
«Bu gün biz, özümüzə lazım olan hərbi texnikanı istehsal edirik» - deyə, general bəyan edib. Onun sözlərinə görə, baxmayaraq ki, İran bu yaxınlarda Rusiyadan S-300 sistemləri alıb, bu ölkənin hərbi konstruktorları artıq S-300 sistemlərini üstələyən yeni ZRK yaradıblar.

Şərhlər