Menu

Dollar “Bloomberg”də kəskin düşdü

10.03.2017, 13:58

3974081-dollar-with-arrow-down-showing-depression-recession-and-economic-downturn“Bloomberg” terminalında dollar kəskin ucuzlaşıb. Fins.az xəbər verir ki, mart ayının 10-da “Bloomberg” üzərində dolların son ticarət əməliyyatı 1.7350 manatla aparılıb. Bu isə dolların 2,39 % və ya 0.0425 qəpik ucuzlaşması deməkdir. Qeyd edək ki, bundan əvvəl dollar 1.7775 manat kursu ilə ticarət edilmişdi.

Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.

hı

Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış/satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol