Menu

ABŞ Küveytə qoşun yerləşdirir? - Pentaqonun cavabı

10.03.2017, 22:21

pentaqon-mainABŞ Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı mübarizə məqsədilə Küveytdə min hərbçinin ehtiyat qüvvə olaraq yerləşdirmək barədə qəbul etməyib. Trend-in məlumatına görə, belə bir açıqlama ilə Pentaqonun nümayəndəsi Kristofer Şervur çıxış edib.

Qeyd edək ki, bir müddət öncə bəzi KİV-lərdə Tramp Administrasiyasının Küveytə min hərbçinin göndərilməsi imkanını araşdırması barədə məlumat yayılmışdı.

Pentaqon nümayəndəsi məhz həmin informasiyalarla bağlı bildirib ki, belə bir qərar yoxdur: "Əlavə qoşun yerləşdirilməsi barədə heç bir qərar yoxdur. Hazırda biz İŞİD-in məhv edilməsi üzrə əməliyyatların sürətləndirilməsi üçün bir neçə variantını nəzərdən keçiririk".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol