Menu

Neandertallar antibiotikdən istifadə ediblər!

10.03.2017, 22:47
Neandertallar antibiotikdən istifadə ediblər!

Neandertallar antibiotiklərdən və ağrıkəsici vasitələrdən istifadə ediblər. Belə ki, neandertalların qalıqlarında salisil turşusundan istifadənin və penisillin antibiotikinin izləri aşkar olunub. Bundan başqa, onların bir hissəsinin vegetarian olduğu ortaya çıxıb.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa və Avstraliyadan olan alimlər 42-50 min il bundan əvvəl Belçikada və İspaniyada yaşamış neandertalların diş qabığının tərkibində olan «ərp»in genom analizini aparıblar. Onlar aşkarlayıblar ki, Belçikalı neandertallar başlıca olaraq ət və göbələk yeyiblər. İspaniyalılar isə nəyə görəsə, məsələn, bitki mənşəli qida bişiriblər və vegetarian olublar.

Bundan başqa, onlardan biri ağrıkəsici xassəyə malik salisil turşusundan və penisillin antibiotikindən istifadə edib.

Bu barədə məqalə «Nature» jurnalında dərc olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol