Menu

Sərnişin avtobusunu qaçırıb qəza törətdi - BAKIDA

11.03.2017, 12:39

[caption id="attachment_277047" align="alignleft" width="300"]qeza-avtolent Arxiv foto[/caption]

Bakıda sərnişin avtobusu qaçırılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi qəsəbəsi ərazisindən qəsəbə sakini Bəxtiyar Məmmədova məxsus “Daewoo” markalı avtobus qaçırılıb və həmin gün Biləcəri qəsəbəsində yolun kənarındakı maneəyə vurulub.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Soltan Meybullayev tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol