Menu

Daha iki xarici şirkət Azərbaycanı tərk etdi

11.03.2017, 15:36
Daha iki xarici şirkət Azərbaycanı tərk etdi

İki xarici şirkət martın 9-da ləğv edildiyini elan edib və öz kreditorlarını məlumatlandırıb.

“Wicklow Corporate Services Limited” (Britaniya) şirkətinin filialı Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərirdi.

Ötən il bu şirkətin sahibi Səid Alum Bitinin Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərindən biri ilə şəxsi münaqişəsi olmudu. İş məhkəməyə qədər getdi və onun şirkəti Amcham-dan çıxarıldı.

İsveçrənin “Man Oil Group AG” şirkətinin filialı Bakıda 2011-ci ildə neftlə çirklənən əraziləri ən yeni texnologiyalarla təmizləmək üçün yaradılıb (http://www.vesti.az/news/42823). Onun əslində nə ilə məşğul olduğu bilinmir. /"Turan"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol