Menu

Goranboyda 51 yaşlı kişi qətlə yetirilib 

12.03.2017, 09:41
Goranboyda 51 yaşlı kişi qətlə yetirilib 

Goranboy rayonunun Qaraçinar kəndində 51 yaşlı kişi qətlə yetirilib.

"Report"un Qərb bürosu xəbər verir ki, Kəlbəcər sakini olan Mübariz Məmmədovun meyiti gecə saatlarında aşkar edilib.

Yaxınları onun ölüm xəbərindən telefon vasitəsi ilə xəbər tutublar. Bildirilib ki, M.Məmmədovun meyiti Goranboy rayon Xəstəxanasının Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin meyitxanasına yerləşdirilib. 51 yaşlı kişinin hansı şəraitdə qətlə yetirilməsi məlum deyil. Hadisənin başvermə səbəbləri araşdırlır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol