«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyada bu ölkənin vətəndaşlığını almağın yeni prinsipi tətbiq oluna bilər. Uyğun qanun layihəsini Natalya Poklonskaya və Konstantin Zatulin hazırlayıb.
Sənəd artıq Dövlət Dumasının milli məsələ üzrə Komitəsi tərəfindən müsbət rəy alıb. Qanuna görə, Rusiya vətəndaşlığı almağın əsas kriteriyası rus dilini bilməkdən ibarət olacaq.
Sadələşdirilmiş prosedur üzrə vətəndaşlıq almaq üçün nə vaxtsa SSRİ-nin tərkibində olmuş ölkələrdə və ya Rusiya imperiyasında anadan olan şəxslər və ya onların yaxın qohumları iddia edə bilərlər.
Mütəxəssislərin fikrincə, bu qanun qəbul olunsa belə, sadələşdirilmiş prinsip üzrə vətəndaşlıq almaq hüququ əhalinin ölkəyə kütləvi axınına səbəb olmayacaq. Bu fikri Ali iqtisadiyyat institutunun nəzdinləki Demoqrafiya institutunun direktoru Anatoli Vişnevski səsləndirib.
O, əlavə edib ki, bu təşəbbüs bütövdükdə, çoxsaylı suallar doğurur. Məsələn, Rusiya sərhədlərindən kənarda yaşayan, Rusiya kökənli, ancaq rus dilini bilməyən insanlar vətəndaşlıq almaq üçün nə etməli olacaqlar?


Şərhlər