Menu

Səudiyyə Ərəbistanı 5 milyon qeyri-leqalı deportasiya edə bilər!

13.03.2017, 14:53

1582015533-miqrant«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı 5 milyon qeyri-leqal miqrantı ölkədən deportasiya edə bilər. Uyğun qanun layihəsi artıq parlamentin gündəliyinə daxil edilib.

Ölkə hakimiyyəti tarixdə ən miqyaslı deportasiyanı müzakirə etməkdədir. «Əl-Ərəbiyyə» telekanalının məlumatına görə, parlamentə daxil olmuş qanun layihəsində 5 milyon qeyri-leqal miqrantın ölkədən çıxarılması barədə söhbət açılır.

Beş milyon - bu, ölkə əhalisinin təxminən, beşdə biri deməkdir. Sənədin müəllifi, deputat Sadka Fadel qeyd edir ki, hal-hazırda bir çox əcnəbi bu və ya digər formada daimi yaşamağa imkan qazanmaq üçün Səudiyyə Ərəbistanı sərhədini keçir. Vaxt ötdükcə, onlar vətəndaşlıq tələb edirlər ki, bu da özündə əhəmiyyətli siyasi risk təhlükəsi daşıyır. Müəlliftin verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanındakı qeyri-leqal miqrantların əksəriyyəti Asiya və Afrikadan çıxmalardır.

Bu, qeyri-leqalların ölkədən çıxarılması üzrə həyata keçirilən ilk kampaniya deyil. Belə ki, 2013-cü ildə demək olar 2,5 milyon miqrant krallığı tərk etməyə məcbur olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol