Menu

Bakıda sürücüləri çaşdıran yol nişanı yığışdırıldı - FOTO

13.03.2017, 22:22
Bakıda sürücüləri çaşdıran yol nişanı yığışdırıldı - FOTO

Əksər sürücülər burada 10 manat cərimələnirdi

Bakının “Nobel" prospektində sürücülərin narazılığına səbəb olan yol-hərəkət nişanı yığışdırılıb. “9192” sms xidmətinin bir neçə gün əvvəl DYP-yə göndərdiyi sorğudan sonra rəsmi qurumlar məsələyə reaksiya verib. Belə ki, “Nobel" prospektində normalda sürət həddi 60 km/sürətdir. Lakin AFFA-nın binasından sonra 50 km/sürət nişanı qoyulub. Bir çoxları sürət həddi nişanına fikir vermədən hərəkət edirdi. 65 km/sürətlə gedənlər 10 manat cərimələnirdi. Çünki orada sürət həddi 50 km/sürət olaraq qeydə alınırdı. Bu da bir çox sürücülərin narazılığına səbəb olurdu.(Metbuat.az)

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol