Menu

Putin və Sarkisyan bu gün Dağlıq Qarabağı müzakirə edəcəklər

15.03.2017, 10:21

putin-sarkisianRusiya prezidenti Vladimir Putin və onun erməni həmkarı Serj Sarkisyan martın 15-də Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tərəflər həmçinin siyasi, iqtisadi-ticarət və humanitar-mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın əsas məsələlərini müzakirə edəcəklər.

Bundan başqa, Avrasiya məkanında inteqrasiyanın inkişafının perspektivləri müzakirə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol