Menu

Məhkəmə keçmiş rəis müavininə bəraət verdi- Vəkil hakim Seyidovun hökmünü ləğv etdirdi

15.03.2017, 14:40
Məhkəmə keçmiş rəis müavininə bəraət verdi- Vəkil hakim Seyidovun hökmünü ləğv etdirdi

adem_me_934_1120863291_nSumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirlən polis rəisinin keçmiş müavini Nazim Hüseynovun apellyasiya şikayətinə baxılıb. Bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, məhkəmə N.Hüseynov barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) N.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.

Vəkil Adəm Məmmədov bununla bağlı öz "facebooc" səhifəsində yazıb: "Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz və insafsız hakimi Ənvər Seyidov qanunsuz hökmü ilə sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) Nazim Hüseynovu AR CM-nin 178.3.2-ci maddəsilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir.

Ənvər Seyidov mənə bildirmişdir ki, hökmümü heç kim ləğv edə bilməz. Qeyd edilən qərardan tərəfimdən apellyasiya şikayəti verilmiş və bu gün Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Nazim Mövsümovun hökmü ilə hüquqlarını müdafiə etdiyim şəxsə bəraət verildi. N.Hüseynov günahsız yerə 8 ay həbsdə saxlanılmışdır. Bayram qabağı bu ailəyə bəxş etdiyim sevincə görə çox xoşbəxtəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol