Menu

Toyuq əti yenidən BAHALAŞIR!

15.03.2017, 23:18
Toyuq əti yenidən BAHALAŞIR!

Toyuq ətinin qiyməti yenidən artırılır.

Bu barədə “Azadlıq”a bu ticarətlə məşğul olan iş adamları məlumat verib. Xəbəri verən mənbə deyib ki, artıq qiymət artımı ilə bağlı onlara xəbərdarlıq edilib. İş adamlarına deyilib ki, mart ayının 14-dən etibaren bütün broylerlər toyuq ətinin qiymətinin hər kiloqrama görə 30 qəpik artırırlar. Mənbə deyib ki, bu günədək toyuq ətinin kiloqramını 3 manat 90 qəpiye alırdılarsa, sabahdan 4 manat 20 qəpiye alacaqlar. Mənbə deyib ki, qiymət artımı özünü pərakəndə satışda da dərhal göstərəcək.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol