Menu

Sabahdan 9 günlük tətil başlayır

17.03.2017, 10:09
Sabahdan 9 günlük tətil başlayır

Gələn həftə bütövlükdə iş olmayacaq

Novruz bayramında 9 gün iş olmayacaq. Bu gün sonuncu iş günüdür. Bu il bayram günləri mart ayının 20-dən 24-dək davam edəcək. Ayın 18 və 19-u, eləcə də, 25 və 26-sı şənbə-bazar günlərinə təsadüf etdiyi üçün beş günlük qrafiklə çalışanlar üçün 9 gün qeyri-iş günü olacaq.

Qeyd edək ki, istirahət və bayram günləri nəzərə alınmaqla mart ayında 14 gün istirahət günü var.

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək. /İstiPress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol