Menu

"Beşiktaş" klubunun Avropa Liqasının 1/4 final mərhələsindəki rəqibi müəyyənləşib

17.03.2017, 16:27
"Beşiktaş" klubunun Avropa Liqasının 1/4 final mərhələsindəki rəqibi müəyyənləşib

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşk nəticəsində Türkiyənin yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşib.

Bu, Fransanın "Lion" klubudur.

Püşkün nəticələri:

"Anderlext" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)

"Selta" (İspaniya) - "Genk" (Belçika)

"Ayaks" (Hollandiya) - "Şalke" (Almaniya)

"Lion" (Fransa) - "Beşiktaş" (Türkiyə)

Qeyd edək ki, adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər. 1/4 final matçları aprelin 13-də və 20-də olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol