"Yalan xəbərlərə cavab olaraq, Almaniya kansleri Angela Merkellə möhtəşəm görüş keçirdim".
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.
Bununla yanaşı milyarder prezident NATO-nun büdcə xərcləri ilə bağlı Merkeli tənqid edib:
“Amma yenə də Almaniya, ABŞ və NATO-nun təşkil etdiyi güclü mühafizə ilə bağlı yaranan borclarını geri ödəməlidir”.
Qeyd edək ki, dünən keçirilən mətbuat konfrasında jurnalistlər Trampla Merkelin əl sıxışması üçün israr etsələr də, Ağ Ev rəhbəri onların sözünə əhəmiyyət verməyib.


Şərhlər