Menu

Ermənistandan uçan təyyarədə radioaktiv maddə aşkarlanıb - Lukaşenko

20.03.2017, 15:32
Ermənistandan uçan təyyarədə radioaktiv maddə aşkarlanıb - Lukaşenko

Belarus üzərindən keçməklə Ermənistandan Avropa ölkələrinin birinə uçan təyyarənin göyərtəsində radioaktiv maddə aşkarlanıb.

APA-nın BelTA agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün “Qərb-2017” Rusiya-Belarus hərbi təliminin təşkili məsələlərinə həsr olunmuş toplantıda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

A. Lukaşenko hadisənin təfərrüatı barədə əlavə məlumat verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol