AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ötən bir il ərzində dünyada milyarderlərin sayı 233 nəfər artıb. İllik reytinqi «Forbes» jurnalı dərc edib.
Siyahıya rekord sayda böyük sərvət sahibinin adı düşüb - 2043 nəfər! Onlara «Maykrosoft» şirkətinin banisi və sahibi Bill Qeyts 86 milyard sərvətilə başçılıq edir. Onun ardınca investor (!?) Yorren Baffet gəlir, üçüncü pillədə «Amazon» -nun təsisçisi Ceff Bezos qərar tutub.
Rusiyadan olan iş adamı Leonid Mixelson 18,5 milyardla 46-cı pillədə durur.
«Milyarderlər məskəni» sayılan Azərbaycandan isə bu siyahıya düşən olmayıb. Belədə, düşünməli olursan: Donald Trampın Azərbaycandan olan «sabiq kompanyonu»nun görəsən, milyardı necə oldu? Həm də tək o deyil…
Kapitalizmin sifəti budur - dünyada az sayda «kələkbaz» varlandıqca, çox sayda «maymaq» aclıq çəkər…


Şərhlər