Menu

"Separatçılar Rusiyada hazırlanır"

27.05.2014, 19:14
"Separatçılar Rusiyada hazırlanır"

Ukraynanın cənub-şərq regionlarında döyüşən separatçıları Rusiya xüsusi xidmət orqanları yetişdirib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Daniel Lubkivski açıqlama verib.

Onun sözlərinə görə separatçıların Rusiya xüsusi xidmət orqanları tərəfindən yetişdirilməsinə dair əllərində sübutlar var. “Ukraynada döyüşən separatçılara Rusiya xüsusi xidmət orqanları kömək edir. Onları silahlandırır. Bunu deməyə əlimizdə əsas var”, - Daniel Lubkivski deyib.

Nazir müavini Krımın yenidən Ukraynaya qaytarılacağını da bəyan edib.

Xatırladaq ki, bu gün gecə saatlarında Rusiya ərazisindən hərəkət edən bir neçə yük maşını, minik avtomobili və mikroavtobus sərhədi keçərək Ukraynaya daxil olmuşdu.

Avtomobillərin hər biri silah-sursatla dolu olub. Maşınlardan bir neçəsi Ukrayna ordu qüvvələri tərəfindən ələ keçirilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol