Menu

Ermənilər işğal altında olan Azərbaycan ərazilərində növbəti hərbi təlim keçir

22.03.2017, 17:30
Ermənilər işğal altında olan Azərbaycan ərazilərində növbəti hərbi təlim keçir

Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan yaşayış məntəqələrində növbəti hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, “Uzundərə” adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriya qurğularından istifadə edilir.

Ağdamın cəbhəyanı kəndlərinin sakinləri bildiriblər ki, günün birinci yarısından başlayaraq işğal altında olan ərazilərdə güclü partlayış səsləri də eşidilir.

Cəbhəyanı kəndlərdən partlayış zamanı yaranan toz-duman aydın görünür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol