Menu

Meksikada iri neft ehtiyatları aşkarlandı

24.03.2017, 09:25
Meksikada iri neft ehtiyatları aşkarlandı

İtaliyanın “Eni” şirkəti Meksika sahillərində iri neft ehtiyatları aşkarlayıb. Hökumət ölkənin neft-qaz sektoruna beynəlxalq sərmayələrin qoyuluşuna icazə verdikdən sonra “Eni” burada neft quyusu qazan ilk xarici şirkət olub.

APA-nın “Financial Times”a istinadən verdiyi xəbərə görə, konsernin rəhbəri Klaudio Deskaltsi kəşf edilən yatağın çox perspektivli olduğunu bildirib. Onun sözlərinə görə, yataq sahildən 7-8 km aralıda yerləşir: “Biz cəld hərəkət etmək istəyirik... Düşünürəm ki, 2-3 ildən sonra biz hasilata başlaya bilərik”.

Kəşf edilmiş yataqda neft ehtiyatlarının həcmi proqnozlaşdırılmış 800 mln. bareldən xeyli çox olduğu bildirilir.

Şirkət yataqda daha üç quyu qazmağı planlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol