Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 10%-dən 9.75%-ə salıb. Bank beləliklə, Sentyabr ayından bu yana ilk dəfə faiz dərəcəsini aşağı salıb.
"Marja" xəbər verir ki, bu qərar bazarlarda sürpriz kimi qiymətləndirilib. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozlarıa görə, faizin 10 faiz səviyyəsində saxlanılacağı gözlənilirdi.
Bank, qərarından sonra verdiyi açıqlamada, "İnflyasiyadakı yavaşlama proqnozlardan irəli keçdi və iqtisadi fəaliyyət də toparlanır"- deyilir.
Bank qarşıdakı ikinci və üçüncü rüblərdə də faizin mərhələli olaraq düşmə ehtimalı olduğunu bildirib.


Şərhlər