Menu

Yük maşınını məktəblilərin üstünə sürdü - Ölənlər var

25.03.2017, 10:48
Yük maşınını məktəblilərin üstünə sürdü - Ölənlər var

Çində sürücü yük maşınını ibtidai sinif şagirdlərinin üstünə sürüb.

Trend-in Çin mətbuatına istinadən verdiyi məlumata görə, Quansi-Çjuan muxtar vilayətində qeydə alınan hadisə nəticəsində 3 məktəbli həlak olub.

Xəsarət alan uşaqların isə həyatı üçün heç bir təhlükə olmadığı bildirilir.

Sürücü saxlanılıb. Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol