Menu

“Avropa İttifaqı qeyri-effektivdir” - Tayani

25.03.2017, 22:05
“Avropa İttifaqı qeyri-effektivdir” - Tayani

"Avropa İttifaqı (Aİ) çox sayda səhv edib, qurum qeyri-effektiv fəaliyyət göstərir və həddən artıq bürokratikləşib". Bunu Avropa Parlamentinin sədri Antonio Tayani bildirib.

"Biz Avropadan yorulmamışıq, lakin biz onun daha yaxşı işləməsini istəyirik", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Aİ-nin üzvü olan ölkələrin vətəndaşları daha çox şikayətlənməyə başlayıblar: "Avropanı dəyişmək lazımdır. Lakin onun məhv olmasına imkan vermək olmaz. Bizə heç zaman olmadığı qədər birlik lazımdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol