Menu

Avropada saatlar 1 saat irəli çəkilib

26.03.2017, 11:38

saatAvropada bu gündən saatlar 1 saat irəli çəkilərək, yay vaxtına keçilib. Bu fərq bəzi cihazların avtomatik saat aktivləşməsi nəticəsində vaxt çaşqınlığına səbəb ola bilər. Avropada saatlar 1 saat irəli alınınca başqa ölkələrdə bəzi cib telefonlarının saatının avtomatik olaraq dəyişdiyi bildirilir.

Bu gün tez-tez “saat neçədir” sualını eşidə bilərsiniz …

Məlum olduğu kimi, Türkiyə kimi Azərbaycanda da bir ildir yay vaxtına keçilmir. Azərbaycanda Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən 2016-cı ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol