Menu

Ölkələrdə adambaşına düşən səhiyyə xərclərinin məbləği – SİYAHI

27.03.2017, 18:09
Ölkələrdə adambaşına düşən səhiyyə xərclərinin məbləği – SİYAHI

ABŞ səhiyyə islahatlarına hazırlaşır. Fins.az xəbər verir ki, bu ölkənin səhiyyə sistemi ağır dəyişikliklərə məruz qalacaq.

Statistikaya əsasən, Amerika adambaşı səhiyyə xərcləri üzrə dünyada ən yüksək göstəriciyə malikdir. Buna baxmayaraq ABŞ dünya liderlərindən bir neçə aspekt üzrə geridə qalır. Onların arasında gözlənilən ömür müddəti və sığortanı xüsusilə qeyd etmək olar.

Fins.az səhiyyəyə adambaşına ən çox vəsait xərcləyən ölkələrin reytinqini təqdim edir:

1. Amerika Birləşmiş Ştatları - $ 9451

ABŞ dünyada yeganə sənayeləşmiş ölkədir ki, öz vətəndaşlarına universal və hərtərəfli tibb sığortası sisteminə zəmanət vermir. Amerikan səhiyyə sisteminin və tibb elminin  uğurlarına baxmayaraq, milyonlarla vətandaş qiymət artımına görə ondan faydalana bilmir.

2. İsveçrə - $ 6935

İsveçrənin səhiyyə sisteminin əsasında hər kəs üçün məcburi olan icbari tibbi sığorta dayanır. Ölkə dünyada sığortalanmış vətəndaşların sayına görə birinci yer tutur. İcbari tibbi sığorta ilə ölkədə təxminən 130 sığorta şirkəti məşğuldur və onlar arasında rəqabətçilik də çox yüksək səviyyədədir.

3. Almaniya - $ 5267

Alman əhalisinin böyük hissəsi dövlət tibbi sığorta şirkətləri tərəfindən sığortalanıb. Ölkədə tibb sığortası bütün əmək qabiliyyətli əhali üçün məcburidir. Sığorta haqlarının ölçüləri sığortaya məruz qalanının ümumi sağlamlığının vəziyyətindən, cinsiyyətindən və yaşından asılı olaraq dəyişir.

4. İsveç -  $ 5228

İsveç səhiyyəsinin səviyyəsinə görə  Avropada ən yüksək göstəricisi olan ölkələrdən biridir. Orada orta ömür müddəti nəinki nisbətən yüksəkdir, həm də ildən ilə artır. Beləliklə, qadınlarda bu göstəricilər 83,5 il, kişilərdə 78,8 il təşkil edir.

İsveçin səhiyyə sistemi vergi ödəyiciləri tərəfindən malliyələşdirilir, bununla birgə xərclərin böyük bir hissəsi bələdiyyələr və dövlət üzərindədir. Vətəndaşlara isə tibbi xərclərin  yalnız simvolik hissəsini ödəmək qalır.

5. Fransa - $ 4407

Fransada özəl və dövlət sektorlarını birləşdirən çox mürəkkəb səhiyyə sistemi mövcuddur. Sistem icbari və könüllü slğorta prinsiplərinə əsaslanır. Geniş və qeyri-məhdud sayda olan tibb xidmətləri tək xəstəxana sektorunda deyil, ambulator sektoruna da aiddir.

6. Yaponiya - $ 4150

Yaponiya səhiyyə sistemində tibb xidmətləri xəstə tərəfindən heç bir xərc çəkməmək prinsipi ilə qurulub. Xərclər tamamilə dövlət və yerli hakimiyyət tərəfindən ödənilir.

7. Böyük Britaniya - $ 4003

Maliyyələşdirmənin 82%-i ümumi vergi hesabına baş verir və əhalinin böyük hissəsi tibbi xidmətlərdən tam pulsuz istifadə edir. Qalan 18% tibb müəssisələrinin, onların kommersiya fəaliyyətinin hesabına, dövlət tibbi sığorta və xeyriyyəçilərin hesabına ödənilir.

Milli səhiyyənin xidmətlərindən əhalinin 90%-i istifadə edir. Qalan 10% isə özəl tib klinikalarına müraciət edir. Böyük Britaniyanın bütün ərazisi boyu özəl klinikaların sayı 300-dəkdir.

8. İspaniya - $ 3153

Avropa Birliyində ən yüksək orta ömür müddəti göstəricisi İspaniyaya məxsusdur . Burada qadınlar - 80 ilədək, kişilər - 75 ilədək yaşayır. Sözsüz ki, buna  iqlim və sağlam Aralıq pəhrizi ciddi təsir göstərir.

İspaniyanın səhiyyə sistemi tək Avropada deyil, dünyada da ən yaxşılar sırasındadır. Ölkənin bütün işləyən vətəndaşlarına, onların övladlarına, əlillərə və təqaüdçülərə pulsuz tibb xidmətlərindən yararlanmaq haqqı var.

9. Rusiya - $ 1369

Rusiyada icbari tibbi sığorta sistemi mövcuddur. Burada icbari tibbi sığorta dövlətin sosial sığortasının bir hissəsidir və vətandaşlara tibbi xidmətlər və dərmanların alışında bərabər imkanlar yaradılır.

10. Meksika - $ 1052

Meksikada xəstaxanalar ABŞ standartlarına uyğundur. Ölkədə bir çox sığorta şirkətləri var ki, onlar aylıq ödənişlə individual tibbi sığorta xidmətləri təklif edirlər. Sığorta məbləği və müştərinin yaşı nə qədər yüksək olarsa, aylıq sığorta haqqı da o qədər yüksək olur.

Azərbaycana gəldikcə dövlət büdcəsi vasitəsilə səhiyəyə hər il 400 milyon dollardan bir az artıq - adambaşına təxminən 45 dollar xərclənir. Əhalinin qeyri-rəsmi tibb xərclərinin bundan ən azı 3-4 dəfə çox olduğu söylənilir. Hətta bu rəqəm düz olsa belə, belə çıxır ki, adambaşına səhiyyə xərcləri ən yaxşı halda 200 dollardan yüksək deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol