Menu

Neftçala sakini lilsovuran gəminin altında qalıb

27.03.2017, 22:19
Neftçala sakini lilsovuran gəminin altında qalıb

Neftçalada bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun 2-ci Mayak kəndi ərazisində qeydə alınıb.

Sakinlərin bildirdiyinə görə, hələlik adı məlum olmayan bir nəfər şəxs lilsovuran gəminin altına düşüb. Həmin şəxsin çıxarılması istiqamətində işlər aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol