Menu

«Sberbank»Ukrayna törəməsini satdı - Mixail Qutseriyevin oğluna

28.03.2017, 16:21
«Sberbank»Ukrayna törəməsini satdı - Mixail Qutseriyevin oğluna

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiyanın «Sberbank» bankı özünün Ukraynadakı törəmə müəssisəsini satıb. Bankın əsas alıcısı tanınmış biznesmen Mixail Qutseriyevin oğludur. O, Böyük Britaniya vətəndaşıdır.

«Sberbank» Ukraynadakı törəməsinin səhmlərinin 100 faizinin satılması barədə müqaviləni Latviyanın «Norvik Banka» bankının və Belarusdan olan özəl şirkətin iştirak etdiyi konsorsiumla imzalayıb. Sövdəni bu ilin birinci yarısında «bağlamaq» planlaşdırılır.

«Ümid edirik ki, bizim törəmə bankımızın satılması barədə qərar onun ofislərinin təcriddən azad olmasına və normal işinin bərpasına kömək edəcək» - deyə, «Sberbank»dan bildiriblər.

Konsorsiumun başlıca səhmdarı Britaniya vətəndaşı Səid Qutseriyev və onun Belarusdakı şirkətidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol