AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bu gündən başlayaraq, Gürcüstan Respublikasının vətəndaşları Avropa İttifaqı ölkələrinə vizasız səfər edə biləcəklər.
Ölkənin Xarici İşlər Nazirliyindən (XİN) xatırladıblar ki, bütün viza güzəştləri Gürcüstanın «işğal olunmuş» ərazilərində (Abxaziya və Cənubi Osetiya - red.) yaşayanlara da şamil olunacaq.
Məlumat üçün bildirək ki, cari ilin fevralında Avropa Parlamenti böyük əksəriyyətlə, Gürcüstanla viza rejiminin ləğvinə səs verib.

Şərhlər