Menu

Azərbaycandan Qazaxıstana aviareyslərin sayı artırılacaq

28.03.2017, 17:47
Azərbaycandan Qazaxıstana aviareyslərin sayı artırılacaq

“Air Astana” aviaşirkəti Azərbaycandan Qazaxıstana yerinə yetirilən aviareyslərin sayını artıracaq.AZƏRTAC xəbər verir ki, bu barədə “Air Astana” aviaşirkətinin rəsmi nümayəndəsi Şemet Daken deyib.

O bildirib ki, iyun ayından Azərbaycandan Qazaxıstana həyata keçirilən aviareyslərin sayı həftədə 4 dəfəyədək artacaq. Hazırda bu reyslərin sayı 3-dür.

Ş.Daken qeyd edib ki, ötən il “Air Astana” aviaşirkəti vasitəsilə 20-25 min azərbaycanlı Qazaxıstana uçub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol