Menu

FHN yanğın hadisələri ilə bağlı məlumat yayıb

28.03.2017, 22:17

fhn_car_141016Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı və Şabranda bu gün axşam saatlarında baş verən yanğın hadisələri ilə əlaqədar məlumat yayıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 81 m2 olan 3 otaqlı mənzilin 2 otağının, dəhlizinin yanar konstruksiyaları 50 m2 və dam örtüyü 80 m2 sahədə yanıb. Qonşu mənzillər və mansardın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şabran rayonu, Xırdaoymaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 176 m2 olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol