Menu

Ermənistan ordusu Qarabağda itki verdi

28.03.2017, 23:32
Ermənistan ordusu Qarabağda itki verdi

Martın 28-də saat 13.00-da Azərbaycanın işğal altındakı ərazilərində olan düşmən ordu itki verib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, qoşunların təmas xəttindəki döyüş mövqelərindən birində erməni əsgəri ölümcül güllə yarası alıb.

Dağlıq Qarabağdakı separatçı rejim məhv edilən əsgərin 1997-ci il təvəllüdlü Artak Edikoviç Rafaelyan olduğunu açıqlayıb. Ermənistanın Müdafiə Nazirliyi baş vermiş hadisənin səbəblərini araşdırdığını bildirib və başqa ölkənin torpağında “uğurla” ölümə göndərdiyi erməni əsgərin ailəsinə başsağlığı verib. Maraqlıdır ki, bu dəfə işağlçı tərəf əsgərin Azərbaycan tərəfin atəşi ilə məhv edildiyini açıqlamayıb. Bu mənada mümkündür ki, baş vermiş hadisə erməni ordusundankı başıpozuqluğun nəticəsində baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol