Menu

Daha bir intihar Kürdəmirdə - Özünü asdı

29.03.2017, 10:55
Daha bir intihar Kürdəmirdə - Özünü asdı

Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Bu barədə Trend-ə Kürdəmir rayon prokurorluğundan məlumat verilib.

Hadisə rayonun Mürtülü kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Xalid İsmayıl oğlu özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidə asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol