Menu

Putin Yaxın Şərqdə sabitliyin təmin olunması şərtini açıqladı

29.03.2017, 16:29
Putin Yaxın Şərqdə sabitliyin təmin olunması şərtini açıqladı

Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə sabitliyin təmin olunması şərtini açıqlayıb.

Trend-in məlumatına görə, dövlət başçısının yüksək səviyyəli ümumərəb görüşünün iştirakçılarına müraciətində qeyd olunur ki, Yaxın Şərqdəki vəziyyətin uzunmüddətli sabitləşməsi üçün Fələstin problemi həll edilməlidir.

Müraciətdə deyilir: "Bu məsələdə Ərəb Dövlətləri Liqasının təşəbbüsü Fələstin-İsrail danışıqları prosesinin irəliləməsi üçün yaxşı şərait yaradır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol