Menu

Tillerson NATO-dan Rusiyaya təzyiq göstərməyi tələb edəcək! 

29.03.2017, 18:17
Tillerson NATO-dan Rusiyaya təzyiq göstərməyi tələb edəcək! 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson Brüsselə səfəri çərçivəsində Rusiyaya təzyiq göstərməyi NATO-dan tələb etməyi planlayır.

Bu barədə telefon brifiqində jurnalistlərə Dövlət Departamentinin yüksək çinli nümayəndəsi bəyan edib. Özəlliklə, Ukrayna münaqişəsi bölgəsində baş verən olaylarla bağlı Rusiyaya «pressinq» göstərilməsindən söhbət gedir.

Departament nümayəndəsi qeyd edib ki, Tillerson «Donbasda situasiyanın yaxşılaşdırılmasına meylliliyin bölüşdürülməsi» barədə NATO-dakı həmkarları ilə danışıqlar aparmağa köklənib.

Ona görə də Dövlət Departamentinin başçısı «Rusiyanın qonşulara təcavüzünə son qoyması və Minsk öhdəliklərinin yerinə yetirilməsi üçün NATO-nun Rusiyaya təzyiq göstərməsinin vacibliyini vurğulamağa hazırlaşır».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol