Menu

Azərbaycan AN-178 təyyarələri alacaq

29.03.2017, 18:21
Azərbaycan AN-178 təyyarələri alacaq

Azərbaycan Ukraynanın “Antonov” şirkətinin istehsalı olan AN-178 təyyarələrini alacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib.

Səfirin sözlərinə görə, iki ədəd AN-178 təyyarəsi yaxın zamanlarda Bakıya göndəriləcək.

A.Xudiyev bildirib ki, Azərbaycanla Ukrayna arasında 10 ədəd AN-178 təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb: "Qalan 8 təyyarə isə razılaşma əsasında Azərbaycana tədarük olunacaq".

Diplomat qeyd edib ki, Azərbaycan və Ukrayna arasında birgə istehsalat barədə razılaşma da mövcuddur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol