Menu

Şotlandiya parlamenti yeni müstəqillik referendumuna səs verdi!

30.03.2017, 11:55
Şotlandiya parlamenti yeni müstəqillik referendumuna səs verdi!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Şotlandiya Assambleyası (parlamenti) gözlənildiyi kimi, çərşənbə axşamı bölgənin müstəqilliyi uğrunda yeni referendumun keçirilməsi barədə Baş nazir Nikola Sterdcenin irəli sürdüyü ideyanı dəstəkləyib.

Sterdcenin başçılıq etdiyi Şotlandiya milli partiyasından (ŞMP) olan deputatlar «yaşıllar»ın dəstəyi ilə lazım olan səs çoxluğunu əldə edərək, yeni referendum keçirmək barədə Britaniya parlamentinə rəsmi sorğu göndərmək üçün ölkənin Birinci nazirinə səlahiyyət veriblər.

Səsvermə martın 22-ə nəzərdə tutulmuşdu, amma həmin gün Londonda terror aktı baş verdiyindən, Şotlandiya parlamenti səsvermə və debatları martın 28-ə keçirmək barədə qərar qəbul etmişdi.

Ötən ilin iyununda Böyük Britaniyadan fərqli olaraq, Şotlandiya Avropa İttifaqından (Aİ) çıxmağın əleyhinə çıxış edib. Ötən həftə Birinci nazir və ŞMP-nın lideri Sterdcen elan edib ki, Britaniya parlamentinin Şotlandiyanı dinləmək fikrində olmadığını müşahidə edərək, özü bölgənin müstəqilliyi uğrunda yeni referendumun keçirilməsinə nail olmağa çalışacaq.

2014-cü ildə şotlandlar bölgənin Birləşmiş Krallığın tərkibindən çıxmasının əleyhinə səs veriblər. Ancaq Sterdcen inandırmağa çalışır ki, «Brexit» vəziyyəti ciddi şəkildə dəyişdiyindən, Şotlandiya sakinləri təkrar olaraq öz müqəddaratlarını təyin etmək hüququna malikdirlər.

Şotlandiya mühafizəkarları, leyboristləri və liberal-demokratları isə təkrar referendum keçirməyin əleyhinə çıxış edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol